HƏMAS: Heç vaxt öz mövqeyimizdən geri addım atmayacağıq!

HƏMAS: Heç vaxt öz mövqeyimizdən geri addım atmayacağıq!

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi İdarəsinin rəhbəri İsmayıl Haniyə İslami Cihad Hərəkatının baş katibini əmin edib ki, müqavimət heç vaxt atəşkəs danışıqlarında əsas mövqelərindən və tələblərindən geri çəkilməyəcək.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS-ın Siyasi İdarəsinin rəhbəri İsmayıl Haniyə İslami Cihad Hərəkatının baş katibi Ziyad Nəhalə ilə telefon danışığı aparıb.

İki lider arasında keçirilən görüşdə müqavimətin təklif olunan atəşkəs razılaşmasını qəbul etmə qərarı və təklif olunan razılaşmanın detalları dəyərləndirilib, məlumat mübadiləsi aparılıb.

Bu görüşdə Haniyə və Nəhalə razılaşmanın icrasını təmin etmək üçün lazımi tədbirlərin görülməsini müzakirə ediblər.

Haniyə bu görüşdə bu sözləri deyib:

“Müqavimət düşmənin hərtərəfli çıxarılması, əsirlərin dəyişdirilməsi, Qəzza zolağının yenidən qurulması və mühasirənin dayandırılması tələblərindən heç vaxt geri çəkilməyəcək.

HƏMAS Siyasi İdarəsinin rəhbəri və İslami Cihad Hərəkatının baş katibi Əqsa tufanı əməliyyatında düşmənlə tarixi döyüşə girən müqavimət qruplarının meydan və siyasi birliyini yüksək qiymətləndirib.

Xəbəri paylaş

VİDEOLAR