HƏMAS: "Şəhidlərimizin, xalqımızın və millətimizin müqavimət liderlərinin qətlə yetirilməsi müqavimətin alovunu söndürməyə qadir olmayacaqdır."
Rasthaber Azərbaycan xəbər verir ki, HƏMAS Seyid Səfiyuddinin şəhadəti münasibətilə bəyanat yayıb.
Bəyanatda "Livan xalqına və Livandakı İslam Müqaviməti və Hizbollahdakı qardaşlarına, böyük şəhid lider Həşim Səfiyuddinin cəllad zərbəsi ilə Beyrutun cənub məhəlləsində mücahid qardaşları ilə birgə şəhadətə çatmasını elan edib. O, xalqımızın və qəhrəman müqavimətimizin şəhidləri sırasına qatılaraq, "Əl-Əqsa Tufanı" mübarizəsində xatirəsi daima yaşayacaqdır."
HƏMAS bəyanatda "Şəhid Həşim Səfi yuddin və Əl-Əqsa Tufanı mübarizəsində şəhid olan bütün ərəb və İslam xalqının igidlərini dərin fəxrlə yad edirik. Onların mübarizələrini, fədakarlıqlarını və qəhrəmanlıqlarını yüksək qiymətləndiririk. Bu, bizim xalqımıza dəstək vermək, işğalçının hücumlarına cavab vermək və mübarizəmizi irəlilətmək istiqamətindəki borcumuzdur." deyə qeyd edib.
Təşkilatın bəyanatında sonra deyilir: "İşğalçıların liderlərin qətlə yetirilməsi cinayətləri müqavimət alovunu söndürməyəcəkdir. Xalqımızın və millətimizin dirəniş iradəsini qıra bilməyəcəkdir. Bizim xalqımızın bütün nümayəndələri müqavimət yolunda irəliləməyə davam edəcək, işğalı aradan qaldırmaq və azadlıqla müstəqillik qazanmaq arzularını həyata keçirəcəklər."
HƏMAS bəyanatını belə tamamlayıb: "Allahdan şəhid lider Həşim Səfiyuddn və bütün şəhid qardaşlarımıza Allah rəhmət etsin. Onları geniş mərhəmət ilə əhatə etməsini, cənnətinin genişliklərinə qovuşmasını, ailələrinə və dostlarına gözəl səbir verməsini diləyirik."