HƏMAS fələstinliləri cümə günü Məscidül-Əqsada toplanmağa çağırıb

HƏMAS fələstinliləri cümə günü Məscidül-Əqsada toplanmağa çağırıb

Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) bu həftə Böyük Fəcr görüşləri silsiləsində, Qüds və Məscidül-Əqsaya sahib çıxma mesajı vermək məqsədilə, fələstinliləri Cümə günü sübh namazında "Tərk etməyəcəyik Cüməsi" başlığı ilə keçiriləcək görüşmə üçün Məscidül-Əqsada toplanmağa çağırıb.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS mətbuata verdiyi açıqlamada, Fələstin xalqının bütün təbəqələrini həmin görüşmədə iştirak etməyə və geniş miqyaslı izdihamın formalaşması üçün səy göstərməyə çağırıb.

 Açıqlamada, Fələstinin müqəddəs məkanlarının müdafiəsi üçün başladılmış olan Böyük Fəcr görüşməsinin davam etdiyini və bu Cümə keçirilməsi nəzərdə tutulan "Tərk etməyəcəyik cüməsi" və "Tərk etməyəcəyik sübhü" adı ilə, Məscidül-Əqsa başda olmaqla, Fələstinin müxtəlif məscidlərində sübh namazında toplanılacağı xatırladılıb.

HƏMAS açıqlamasında indiyə qədər keçirilən Böyük Fəcr toplantılarına böyük marağın olduğunu və işğalçı rejimin bütün maneələrinə baxmayaraq, böyük izdihamın yarandığını bildirərək, sionistlərin fələstinliləri öz yurdlarından qovmaq üçün təzyiqlərinə müqavimət göstərərək, Qüdsə olan sevgi və qorumaq mövzusundakı qərarlılığı göstərmək üçün bu həftə keçiriləcək olan, "Tərk etməyəcəyik sübhü" görüşməsinə də eyni marağın göstərilməsinin gözlənildiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR