15.03.2022 11:14:26
Fələstin İslami Müqavimət Hərəkatı (Həmas), yəhudilərin 16-17 Mart tarixində qeyd edəcəyi Purim bayramı ilə əlaqədar Məscidül-Əqsaya bəzi çirkin əməlləri etmək üçün basqınlar təşkil etməyə hazırlaşan sionist qruplar və işğal rəhbərliyinə xəbərdarlıq edib.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, HƏMAS-ın bu mövzuda verdiyi açıqlamada, bu əməllərin bütün səmavi şəriətlərə və ənənələrə zidd olduğu, eyni zamanda bütün Fələstin xalqına və bütün İslam ümmətinə qarşı təxribat xarakteri daşıdığı bəyan edilib.
HƏMAS-ın Qüdsdəki nümayəndəsi Məhəmməd Həmadə mətbuata açıqlamasında, hər hansı neqativ halın qarşısını almaq üçün bayram bəhanəsi ilə Məscidül-Əqsaya basqın etməyə hazırlaşan radikal yəhudi icmalarına qarşı bütün lazımi tədbirlərin görülməli olduğu barədə xəbərdarlıq edib.
Həmçinin, Qüdsdəki fələstinlilər ölkənin digər bölgələrində yaşayan həmvətənlərini Məscidül-Əqsaya getməyə və yəhudilərin Məscidül-Əqsada çirkin əməllərə cəhd etmələrinin qarşısını almaq üçün bütün lazımi hazırlıqları görməyə çağırıb.
Qüds və Fələstinin baş müftisi, Məscidül-Əqsanın imamı və xətibi Şeyx Məhəmməd Hüseyn də yəhudi mühacirlərin Purim bayramı ilə əlaqədar Məscidül-Əqsaya basqın etmək çağırışlarına cavab olaraq fələstinlilərdən Məscidül-Əqsaya gəlmələrini və basqınlara müqavimət göstərmələrini istəyib.