HƏMAS-dan məhbus mübadiləsi razılaşmasının şərtləri

HƏMAS-dan məhbus mübadiləsi razılaşmasının şərtləri

HƏMAS Siyasi Bürosunun üzvü Ayman Şanaa bildirib ki, tam atəşkəs əldə olunmasa, Həmas məhbus mübadiləsi razılaşmasını qəbul etməyəcək.

Az.rasthaber.org xəbər verir ki, Sputnik-ə danışan Şanaa deyib:

"Həmas tam atəşkəs əldə olunmayana qədər məhbuslar məsələsinə toxunmayacaq. Bir daha xəbərdarlıq etmək istəyirəm ki, Qəzzaya təcavüz İsrailin daha çox insan itirməsinə səbəb olacaq".

İsrail rejimi və onun arxasında duran ABŞ prezidenti Co Bayden administrasiyası 2023-cü ilin oktyabrında hərbi əməliyyatların bərpasından sonra heç bir məqsədlərinə nail ola bilmədiyini və buna görə də əsirlərin azad edilməsini və HƏMAS infrastrukturunun dağıdılmasını təmin edə bilməyəcəyini bildirən Şənaa deyib:

"Bəzi dövlətlər Fələstin müqavimətinin iflasa uğrayacağına və müqavimət göstərə bilməyəcəyinə mərc edirlər, lakin döyüşçülərimiz 100 gündən artıqdır ki, işğalçı qüvvələri geri itələməyə davam edir. Bu müddət ərzində İsrail böyük insan və maddi itkilər verdi".

İsrail ordusunun silahsız mülki insanları öldürməsi, infrastrukturu, məscidləri, kilsələri və xəstəxanaları dağıtmasının uğur sayıla bilməyəcəyini vurğulayan Şanaa, "Bu, Fələstin xalqına və müqavimətə qarşı uğursuz bir təzyiq cəhdindən başqa bir şey deyil" deyib.

Şanaa həmçinin Qəzzada sionist əsirləri hansı aqibət gözlədiyini bilmədiyini qeyd edib və əlavə edib: "Onlardan bəziləri öz əsirləri ilə əlaqəni kəsdikdən sonra ölmüş ola bilər".

Xəbəri paylaş

VİDEOLAR