HƏMAS İsrail qüvvələrinin Məscidül-Əqsanın cənubundakı tarixi məkanda xüsusi yeri olan Həmra torpağını zorla qəsb etməsinə sərt reaksiya verib və bu quldurluğu pisləyib.
Az.rasthaber.com xəbər verir ki, HƏMAS-ın Qüdsdəki sözçüsü Məhəmməd Həmmadə, hərəkat adından mətbuata verdiyi açıqlamasında bildirib:
"Bu, sionistlərin yeni cinayətidir. Bu, Qüdsü yəhudiləşdirmək, fələstinliləri oradan qovmaq və Məscidül-Əqsanı hər tərəfdən mügasirəyə almaq layihəsinin bir hissəsidir".
O, Fələstin xalqının işğal rejiminin bu cinayətinə və müqəddəs məkanlara qarşı törətdiyi bütün digər cinayətlərə daha sərt cavab verəcəyini, Qüdsün və Məscidül-Əqsanın islami kimliyini qorumaq üçün lazım olan hər şeyi edəcəyini bəyan edib.
Həmmadə Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatını müqəddəs yerlərin və müsəlmanların birinci qibləsinin qorunmasında qalxan rolunu oynayan Fələstin xalqına dəstək olmaqda öz öhdəliklərini yerinə yetirməyə çağırıb.
Məlumat üçün qeyd edək ki, İsrail əsgərləri tərəfindən qorunan yəhudi köçkün dəstələri dünən səhər saatlarında, Qüdsün Silvan bölgəsinin Əl-Ayn rayonunda Əl-Həmra ərazisini zorla ələ keçirib.