HƏMAS-dan İsrailin Refaha hücumuna REAKSİYA

HƏMAS-dan İsrailin Refaha hücumuna REAKSİYA

HƏMAS sionist İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərinə endirdiyi hava zərbələrinə reaksiya verib.

Az.rasthaber.com xəbər verir ki, Həmas Siyasi Bürosunun üzvü İzzat ər-Rişk İsrailin Rəfah şəhərində onlarla insanın ölümünə, yüzlərlə insanın yaralanmasına səbəb olan hücumlarla bağlı açıqlama verib.

Reuters xəbər agentliyinə danışan səhiyyə rəsmiləri ən azı 37 nəfərin öldüyünü, Qəzzanın səhiyyə naziri isə 100-dən çox insanın həyatını itirdiyini bildirib.

Fələstin Qızıl Aypara Cəmiyyəti həmçinin İsrailin hücumlarında daha çox Rəfah şəhərinin mərkəzi və mülki vətəndaşların evlərinin hədəf alındığını açıqlayıb.

HƏMAS-ın sosial media hesabında yayımlanan açıqlamada Rişk, "İşğalçı İsrailin bu gecə Rəfahda 100-dən çox insanın şəhid olduğu qırğınlar soyqırım və məcburi köçkün müharibəsinin davamıdır" dedi.

Xəbəri paylaş

VİDEOLAR