HƏMAS-dan İsrailə Qəzza ilə bağlı TƏKLİF

HƏMAS-dan İsrailə Qəzza ilə bağlı TƏKLİF

HƏMAS İsraillə daimi atəşkəsə nail olmaq və İsrailin Qəzzadan tamamilə çıxmasını təmin etmək üçün bütün israilli girovları bir anda azad etməyi təklif edib. HƏMAS təklifə əsasən, bütün fələstinli məhbusların azad edilməsinə çağırıb.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS eyni vaxtda saxladığı bütün israilli məhbusları azad etməyə hazır olduğunu bildirib. HƏMAS bəyanatında "bütün fələstinli məhbusların birdəfəlik israilli girovlarla dəyişdirilməsini, beləliklə, daimi atəşkəsə nail olunmasını və İsrailin Qəzzadan tamamilə çıxarılmasını" təklif edib. HƏMAS İsrailin “Qəzzanı tərksilah etmək” təklifini rədd edib.

Sionist İsrail və HƏMAS Qəzzada atəşkəs və əsir mübadiləsi haqqında razılığa gəliblər. Üç mərhələdə planlaşdırılan saziş yanvarın 19-da qüvvəyə minib. Razılaşma çərçivəsində indiyədək məhbus mübadiləsinin altı mərhələsi həyata keçirilib.

Xəbəri paylaş

VİDEOLAR