İslami Müqavimət Hərəkatı (HƏMAS) Məscidül-Əqsa tərəfdarı olan qadınları, Qüds və Məscidül-Əqsaya dəstək məqsədilə bu həftə “Azad Qadınların Şəfəqi” adı altında keçiriləcək toplantıda fəal iştirak və maraq göstərməyə çağırıb.
Az.rasthaber.com "Palinfo"ya istinadən xəbər verir ki, Fələstində cümə günləri sübh namazında həyata keçirilən “Böyük sübh məclisləri” davam edir. Bu həftə xüsusilə, Məscidül-Əqsanı qoruyan və işğala qarşı daim müqavimət göstərən qadınların şərəfinə "Azad Qadınlar Şəfəqi" adlı toplantı keçiriləcək.
Görüşmənin əsas mərkəzi həmişə olduğu kimi, Məscidül-Əqsa olacaq.
Bu münasibətlə, HƏMAS bu gün (16 mart çərşənbə günü) bəyanat yayaraq, harada yaşamasından asılı olmayaraq, Fələstin xalqının bütün təbəqələrini bu böyük toplantıda iştiraklarını davam etdirməyə və Məscidül-Əqsaya axışmağa çağırıb.
Həmas bu görüşlərə maraq və iştirakın Fələstin xalqının müqavimətin bütün sahələrində fəal iştirakını göstərmək baxımından mənalı olduğunu bildirib.