HƏMAS Hərəkatının Siyasi Büro üzvü Üsamə əl Həmdan Livanın paytaxtı Beyrutda Həmas ofisində İsrailin Qəzzaya hücumları ilə bağlı açıqlama verib.
Az.rasthaber.com xəbər verirki, Həmdan bir daha qeyd edib ki, onların Qəzza zolağında əsir mübadiləsi və atəşkəs razılaşmasına nail olmaqda prioritetləri “İsrailin hücumlarına son və tam son qoymaqdır”.
Sionist İsrail mediasında iddia edilən mümkün məhbus mübadiləsi razılaşmasına toxunan Həmdan deyib:
"Şübhəsiz ki, Qətər və Misir kimi dost ölkələrdən atəşkəsə nail olmaq üçün böyük təşəbbüslər var. Biz bütün ideya və təkliflərə əvvəldən ciddi yanaşırıq".
Həmdan vurğulayıb ki, İsraillə mümkün məhbus mübadiləsi sazişi və atəşkəs üçün onların prioritetləri, əvvəllər də açıq şəkildə ifadə etdikləri kimi, “Qəzza zolağına hücumların yekun və tam dayandırılmasıdır”.
Jurnalistlərin qısa müddətdə müvəqqəti məhbus mübadiləsi razılaşmasının mümkün olub-olmadığı sualına Həmdan, müvəqqəti və ya bir neçə günlük deyil, yekun razılaşmada israr etdiklərini və müvəqqəti atəşkəsin İsrailin başlamaq istədiyinin göstəricisi olduğunu bildirib.