HƏMAS-dan atəşkəs açıqlaması

HƏMAS-dan atəşkəs açıqlaması

Həmas Siyasi Bürosunun üzvü Rəşak öz Telegram hesabında Qəzza zolağında atəşkəs üçün aparılan danışıqlarla bağlı bəyanat yayıb.

Az.rasthaber.com xəbər verir ki, atəşkəs danışıqlarını aparan Həmas heyətinin Qətərə getmək üçün Misirin paytaxtı Qahirədən ayrıldığını bildirən Rəşak, "Vasitəçilərin atəşkəs təklifinin təsdiqlənməsi mövzusundakı mövqeyimizə sadiq qalırıq", - deyə qeyd edib.

Rəşak vurğulayıb ki, sionist İsrailin Rəfahı işğal etmək və sərhəd qapısını ələ keçirmək cəhdi “vasitəçilik səylərini sarsıtmaq, hücumları gücləndirmək və soyqırım törətməkdir”.

HƏMAS-ın siyasi bürosunun üzvü İzzat ər-Rəşak bildirib ki, İsrail razılığa gəlməkdə ciddi deyil və danışıqlardan Rəfaha hücum üçün pərdə kimi istifadə edir.

Shahab xəbər agentliyinin məlumatına görə, Netanyahu danışıqlardan yayınmaq üçün bəhanələr gətirir və HƏMAS və vasitəçiləri günahlandırır, HƏMAS isə vasitəçilərə çatdırdığı mövqeyə sadiq qaldığını və onların təkliflərini qəbul etdiyini bildirir.

İzzat ər-Rəşak əlavə edib: “Həmas”ın vasitəçilərin təklifini bəyənməsi Netanyahunu çaşdırdı və onu çətin vəziyyətə saldı.

Xəbəri paylaş

VİDEOLAR