HƏMAS daha 2 girovu azad edib.
HƏMAS-ın silahlı qanadı İzzəddin Qəssam Briqadaları blokada altındakı Qəzza zolağında əsir saxladıqları 2 mülki vətəndaşı azad etdiklərini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Qəssam Briqadaları tərəfindən edilən yazılı açıqlamaya görə; Misir və Qətərin vasitəçiliyi ilə əvvəllər əsir götürülən Nurit Yitzhak və Yocheved Lifshitz azad edilib.
Qəssam Briqadaları bəyan edib ki, Təl-Əviv əsirlərin azad edilməsi üçün qoyulan şərtləri pozsa da, onlar “birtərəfli qaydada iki mülki vətəndaşı humanitar və sağlamlıq baxımından azad ediblər”.