HƏMAS siyasi bürosunun rəhbərinin media müşaviri Tahir Əl-Nunu vurğulayıb ki, ABŞ prezidenti sionist rejimin təhlükəsizliyinə dəstək vermək üçün bölgəyə səfər edir.
Əl-Nunu Fələstinin bütün tarixi sərhədləri ilə birlikdə Fələstin xalqının olduğunu, işğalçı rejimin Fələstin torpağının bir qarış belə belə haqqı olmadığını bəyan edib.
O, həmçinin bildirib ki, işğalçı rejim HƏMAS tərəfindən saxlanılan əsirlərin azad edilməsi üçün müqavimət şərtlərini qəbul etməlidir.
Sionist rejimin region üçün düşməndən başqa bir şey olmadığı və bəzi ərəb ölkələrinin işğalçı İsrail rejimi ilə hərbi ittifqın Fələstin məsələsinin zərərinə olduğunu deyib. Bu rejimlə münasibətlərin normallaşması Fələstin məsələsi və məntəqədə sülh istəyən ölkələrin zərərinədir deyə, o bildirib.
HƏMAS ilə heç bir ərəb ölkəsi arasında heç bir ixtilaf yoxdur və HƏMAS Fələstin Azadlıq Təşkilatını əvəz etməyə çalışmır, amma təşkilatın hazırkı rəhbərliyi də müqavimət qrupları ilə tərəfdaşlığa inanmır.