5.12.2019 14:02:32
HƏMAS rəsmisi hərəkatın Sionist rejimlə uzun müddətli bir atəşkəs içində olmaq niyyətində olmadığını bildirib
Rasthaber Azərbaycan xəbər verir ki, HƏMAS-ın siyasi büro üzvü Xəlil al-Hayya, hərəkatın Sionist rejimlə uzun müddətli bir atəşkəs içində olmaq niyyətində olmadığını bildirərək, bu mövzunun heç bir vasitəçi tərəfindən incələnməsini istəmədiyini qeyd edib.
Al-Hayya, Qahirədə HƏMAS ilə Misirli tərəf arasında edilən görüşlərin Sionist rejimin Fələstinə və Fələstin xalqına qarşı addımlarının ölkədəki seçkilərlə əlaqəli olduğunu deyib.
Fələstinli rəsmi "Heç bir ağıllı insan Sionist rejimlə uzun müddətli bir atəşkəsə imza atmaq fikrində deyil. Xüsusilə də bu rejim nə atəşkəs razılığına əməl edir, nə də blokadadan əl çəkir.", -deyə qeyd edib.