Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) elan edib ki, atəşkəs razılaşması Fələstin xalqı və Qəzza zolağında qəhrəman müqavimət döyüşçülərinin son 15 ayda göstərdiyi əfsanəvi müqavimətin nəticəsidir.
Az.rasthaber.com xəbər verir ki, HƏMAS bəyanat yayıb və əlavə edib: Qəzzada atəşkəs razılaşması və müharibənin dayandırılması Fələstin xalqı, müqaviməti, İslam ümməti və dünyanın azadlıq axtaranları üçün nailiyyətdir və millətin azadlıq və vətənə dönüş yolunda hədəfləri uğrunda düşmənlə mübarizədə dönüş nöqtəsidir.
HƏMAS əlavə edib: Bu razılaşma bu hərəkatın Qəzzənin səbirli və dözümlü xalqı qarşısında sionist düşmənin işğalı və bu xalqa qarşı müharibəsini dayandırmaq və onlara qarşı tətbiq edilən qantökmə, qətl və soyqırım müharibəsini dayandırmaq üçün məsuliyyətindən irəli gəlir.
HƏMAS bu bəyanatında Qəzzə ilə həmrəylik ifadə edən, Fələstin xalqını dəstəkləyən, sionist işğalçı düşmənin və onun cinayətlərinin ifasında və müharibəni dayandırmaq yolunda rol oynayan ərəb, islam və beynəlxalq arenada bütün şərəfli rəsmi və xalq mövqelərinə təşəkkürünü bildirib.