İslami Müqavimət Hərəkatı (Həmas) ABŞ-ın Fələstin məsələsində “İqtisadi Həllər” kimi təqdim etməyə çalışdığı oyunun təhlükəsinə diqqət çəkərək, Fələstin xalqının bütün təbəqələrini və bütün fəal qüvvələri bu oyunu rədd etməyə çağırıb.
Az.rasthaber.com "Palinfo"ya istinadən xəbər verir ki, HƏMAS-ın sözçüsü Fevzi Bərhum mətbuata açıqlamasında HƏMAS-ın ABŞ-ın "iqtisadi həll yollarını" Fələstin xalqının bütün qanuni milli hüquqlarını ləğv etmək və gözdən salmaq üçün planlanan çirkin bir oyun kimi gördüyünü bildirib.
Bərhum açıqlamasında HƏMAS-ın ABŞ səfirliyi tərəfindən təşkil edilən fələstinli iş adamları və israilli iş adamlarının bəzi iqtisadi rahatlıqlar və imtiyazlar təqdim ediləcəyi iddia edilən görüşməsini son dərəcə narahatedici hesab etdiyini və buradakı planın əsas məqsədinin sionistlərin Fələstin torpaqları və sərvətləri üzərində hökmranlıq etmək olduğunu vurğulayıb.
Həmas-ın sözçüsü bu cür görüşlərin pərdə arxasında oynanan oyunların təhlükəsinə diqqət çəkərək bildirib:
"Fələstin hökumətinin düşmənə xidmət edən təhlükəsizlik əməkdaşı olmasaydı, bu mümkün olmazdı".