İslami Müqavimət Hərəkatı (Həmas) bu yaxınlarda atəşkəsə yaşıl işıq yandırıb.
Az.rasthaber.com xəbər verirki, Həmas girovlarla bağlı bəyanat yayıb.
HƏMAS rəsmisi Taher əl-Nunu bəyanatda, Qəzzada atəşkəs danışıqları çərçivəsində 10 girovu azad etməyə razılaşdıqlarını açıqlayıb.
HƏMAS-ın bəyanatında deyilir:
"Biz davam edən səylərimizin uğuruna sadiqliyimiz çərçivəsində lazımi çevikliyi nümayiş etdirdik və 10 girovu azad etməyə razılaşdıq. Yardım axını, işğalın aradan qaldırılması və daimi atəşkəsin yaradılması kimi əsas məsələlərlə bağlı danışıqlar davam edir".