ƏhliBeyt Ümümdünya Assambleyası Ermənistanın Gəncəyə hücumunu pislədi

ƏhliBeyt Ümümdünya Assambleyası Ermənistanın Gəncəyə hücumunu pislədi

ƏhliBeyt(ə) Ümümdünya Assambleyası Ermənistanın Gəncəyə hücumunu pisləyib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Assambleya Ermənistanın Gəncə şəhərinə qarşı raket hücumuna və Azərbaycan Respublikası şiələrindən bir qrupunun həyatını itirməsi və yaralanmasına görə öz təəssüfünü bildirib.

Əhli-Beyt(ə) Ümümdünya Assambleyası bu gün bir bəyanatda belə qeyd edib: Ermənistanın/ İmamzadə İbrahim bin Baqir(ə)-ın mübarək hərəminin yerləşməsinə görə, imamzadə şəhəri kimi məşhur olan Gəncə şəhərinə qarşı hava hücumu və bu şəhərin mülki şəxslərdən bir qrupunun həyatını itirməsi və yaralanması insanı təəssürləndirir. Əhli-Beyt(ə) Ümümdünya Assambleyası dünyadakı şiələrin hüquqlarını himayə kimi əsl vəzifəsi istiqamətində Ermənistanla Azərbaycan Respublikası arasındakı atəşkəs şəraitində həyata keçirilən, həmçinin mülki şəxslərə qarşı hərbi cinayət sayılan bu hadisəni pisləyir.

Əhli-Beyt(ə) Ümümdünya Assambleyası habelə bu hadisədə həyatlarını itirənlərə ilahi bağışlanma, sağ qalanlara isə səbir və təmkinlilik diləyibdir.

Xəbəri paylaş

VİDEOLAR