Hələbdə tarixi məscid bərpa olunur

Hələbdə tarixi məscid bərpa olunur

XIV əsrində sonunda inşa edilmiş əl-Atruş məscidinin bərpasına başlanılıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Hələb yerləşən və XIV əsrində sonunda inşa edilmiş əl-Atruş məscidinin bərpasına başlanılıb.

Terrorçular tərəfindən dağıdılmış ibadətgahı faktiki olaraq yenidən tikmək lazım olacaq, çünki o, demək olar ki, tamamilə dağıdılıb.

Adıçəkilən məscid 1398-ci ildə inşa edilib. Müharibəyədək o, fəaliyyətdə olan ən qədim məscidlərdən biri idi.

Onun girişi və üzlüyündəki daşlardakı ornamentlər məscidə xüsusi bir tarixilik qatırdı. Terrorçular məscidin əsas minarəsini də dağıdıblar.

Arxitektorlar  məscidin xarici və daxili görkəmini bərpa etmək üçün bütün mövcud şəkillər və kinoxronikanı toplamalı olublar. Lakin onlar etiraf edirlər ki, bir çox element həmişəlik itirilib. İşlərin 2021-ci ilin payızı üçün başa çatdırılması planlaşdırılır.

Xəbəri paylaş

VİDEOLAR