Hələb hava limanı yenidən fəaliyyətə başlayıb

Hələb hava limanı yenidən fəaliyyətə başlayıb

Sionist İsrailin hava hücumu səbəbilə fəaliyyətini dayandıran Hələb hava limanı yenidən fəaliyyətə başlayıb.

Az.rasthaber.com xəbər verir ki, Suriya mətbuatının məlumatına görə, Sionist İsrailin hava hücumu səbəbindən Hələbdə fəaliyyət göstərməyən Əl-Nayrab hava limanı yenidən fəaliyyətə başlayır.

"İsrailin hava hücumu nəticəsində dəyən ziyan aradan qaldırıldıqdan sonra, Hələb Beynəlxalq Hava Limanında uçuşlar bu gecə saat 00:00-dan etibarən bərpa olunur", - Nəqliyyat Nazirliyinin Mülki Aviasiya İdarəsinin dünənki açıqlamasında deyilir.

Bildirilib ki, sionist rejim qüvvələrinin Suriyanın Hələb hava limanına həyata keçirdiyi hücumda hava zolağına dəyən ziyan nəticəsində hava limanı fəaliyyət göstərmirdi.

Dəməşq rəhbərliyi sionist İsrailin Hələb hava limanına endirdiyi hava hücumunu kəskin şəkildə pisləyib.

Xəbəri paylaş

VİDEOLAR