Hələb-Dəməşq beynəlxalq avtomagistralında hərəkət bərpa oldu - FOTO

Hələb-Dəməşq beynəlxalq avtomagistralında hərəkət bərpa oldu - FOTO

Suriyanın şimal-qərbində yerləşən İdlib vilayətinə asayişin qayıtması ilə bir zamanda Hələb-Dəməşq beynəlxalq avtomagistralında hərəkət bərpa olub.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Suriyanın rəsmi SANA informasiya agentliyinin məlumatına görə, şəxsi və ictimai avtomobillər və motosikletlərin Hələb-Dəməşq avtomagistralının Səraqəb bölməsində hərəkəti bərpa olunub.

Terrorçular ötən həftə Səraqəb şəhərinin bəzi hissələrini işğal ediblər ki, bu şəhərin Suriya ordusu tərəfindən yenidən azad edilməsilə Suriyanın bu strateji istiqamətində hərəkət cərəyan edir.

Rusiya və Türkiyə başçıları cümə axşamı günü Kremldə apardıqları müzakirələrdə razılığa gəliblər ki, Hələb bölgəsini Laziqiyyə limanına qovuşduran şose yolunun kənarında təhlükəsizlik dəhlizi yaradılsın.

Xəbəri paylaş

VİDEOLAR