Sionist mediası Livan Hizbullahının işğal olunmuş ərazilərin şimalında sionist yaşayış məntəqələrinə genişmiqyaslı artilleriya və raket hücumundan sonra bir neçə sionistin yaralandığını və bir neçə binanın yandığını etiraf edib.
Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullahı onlarla Katyuşa raketi və Fələq raketləri ilə Kiryat Şmona və Kafar Sold qəsəbələrini hədəf aldığını açıqlayıb.
İvrit mediası da etiraf edib ki, Livan Hizbullahı sionistlərin Kiryat Şmona qəsəbəsi və bütün Yuxarı Qaliley bölgəsinə azı 40 raket atıb.
Sionist mediası da bu hücumdan sonra Yuxarı Qalileydə yerləşən Kafar Sold şəhərinin bəzi hissələrinin alovlandığını bildirib.