Hizbullah hərəkatı iki tərəf arasında dəniz sərhədlərinin demarkasiyasına dair razılaşma ilə bağlı Livan Praezident Administrasiyası və İsrail hökumətinin rəsmi açıqlamasını gözləməyin vacibliyini vurğulayıb və yekun müqavilə imzalanana qədər ehtiyat tədbirlərinin görülməsini istəyib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu hərəkatın lideri Həsən Nəsrullah ötən gün axşamkı çıxışında deyib.
Həsən Nəsrullah deyib: “Demarkasiya məsələsi ilə bağlı bizi həlledici saatlar gözləyir və biz Livan xalqı olaraq prezidentin rəsmi mövqeyinin açıqlanmasını və düşmən tərəfinin rəsmi mövqeyini gözləyirik."
Hizbullah lideri əlavə edib: “Bizə gəlincə, biz rəsmi mövqeləri gözləyəcəyik və sizə deyirəm ki, hazırda nümayəndə heyətləri Naqurada imzalamağa gedirlər, bu imzadan sonra deyə bilərik ki, anlaşma olacaq ya yox."
Nəsrullah sözlərinə belə davam edib: "Biz hamımız ötən aylar və həftələr ərzində düşmən cərgəsində ziddiyyətli bəyanatları, kəskin parçalanmaları və qarşılıqlı təhqirləri görmüşük. Sabah və o biri gün nə olacağını bilmirik. Diqqətli olmalıyıq, çünki hər an fikirlərini dəyişə bilərlər.”