Hizbullahdan İsraillə Livan arasında dəniz sərhədi ilə bağlı razılaşmaya münasibət

Hizbullahdan İsraillə Livan arasında dəniz sərhədi ilə bağlı razılaşmaya münasibət

Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah demarkasiya məsələsi üzrə danışıqların birbaşa görüşlərlə deyil, dolayı yolla getdiyini, Livan və İsrail nümayəndə heyətlərinin bir yerdə görüşmədiyini deyib. Hizbullah lideri Livanın, bu proseslə İsraillə münasibətlərini normallaşdırmadığını bildirib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Hizbullah hərəkatının lideri Həsən Nəsrullah ötən gün axşamkı çıxışında deyib.

İsraillə Livan arasında dəniz sərhədlərinin müəyyənləşdirilməsi və münaqişəli Kariş qaz yatağının vəziyyəti ilə bağlı razılaşmanı Livan üçün böyük qələbə hesab edən Həsən Nəsrullah razılaşmanın beynəlxalq müstəvidə olmadığını, münasibətlərin normallaşdırılmasına dəlalət etmədiyini, sırf texniki razılaşma olduğunu bildirib.

O həmçinin əlavə edib ki, Livanın əlində olan sənədin üzərində İsrailin imzası yoxdur və iki tərəfin nümayəndələri heç bir yerdə də görüş keçirməyiblər.

Hizbullah lideri bununla yanaşı Livanın və müqavimət hərəkatının öz hüquqlarını geri almaq və müdafiə etmək çabasını davam etdirəcəyini bildirib.

Qeyd edək ki, Hizbullah Kariş yatağı üzərində öz PUA-larını uçurandan sonra İsrail Livanla danışıqlara gedib.

Xəbəri paylaş

VİDEOLAR