Hizbullahdan İsrailin hücumuna cavab: İki mühüm baza vuruldu

Hizbullahdan İsrailin hücumuna cavab: İki mühüm baza vuruldu

Livan Hizbullah Hərəkatının cavab atəşi açdığı qeyd edilən bəyanatda sionist İsrailə aid iki mühüm bazanın vurulduğu bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Livan Hizbullah Hərəkatı idarəolunan raket və minaatanlarla işğalçı rejimin Branit və O'Viim hərbi bazalarını hədəf aldıqlarını açıqlayıb.

Açıqlamada bu iki hücumun Hizbullah üzvlərinin şəhid olmasına ilk reaksiya olduğu qeyd edilib.

Hizbullah işğalçı rejimin Livanın cənubuna hücumu nəticəsində Husam Muhammed İbrahim, Əli Raif Fətuni və Əli Həsən Hodrac adlı üzvlərinin şəhid olduğunu bildirib.

İşğalçı rejim dünən Livan sərhədində sızma cəhdi olduğunu iddia etsə də, Hizbullah bu sızma cəhdinin onlarla əlaqəsi olmadığını açıqlayıb. Daha sonra sızma cəhdini Qüds Briqadaları öz üzərinə götürdü. Bölgədə baş verən qarşıdurmalarda 7 işğalçı əsgərin yaralandığı bildirilib.

Xəbəri paylaş

VİDEOLAR