Livan Hizbullah Hərəkatı sionist İsrail ordusuna məxsus hərbi məntəqəni vurduğunu açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Hizbullah Hərəkatı Livanın cənubundan İsrailə qarşı keçirdiyi əməliyyatla bağlı açıqlama verib.
Livan Hizbullah hərəkatı işğal olunmuş ərazilərdəki Mərc sərhəd məntəqəsində işğalçı ordunun qərargahını top mərmiləri ilə hədəfə aldığını açıqlayıb.
Eyni zamanda sionist mənbələr Livandan Qaliley bölgəsinə doğru 5 raket atıldığını və bu bölgədə xəbərdarlıq sirenlərinin səsləndiyini bildiriblər.