Hizbullahdan İsrailə: "Hədəfimizdəsiniz"

Hizbullahdan İsrailə:

Hizbullah 3 qazma gəmisinin ölkə sərhədlərində işğalçı İsrail rejimi üçün qaz axtardığının görüntüləndiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, Hizbullah hərbi mediası 1 dəqiqə 16 saniyəlik videonu yerləşdirib.

Görüntüdə Livan sahillərinin təxminən 90 kilometrliyində işğal rejiminə qaz axtaran qazma gəmilərinin olduğu və bu gəmilərin Hizbullah qüvvələrinin raket atış məsafəsi daxilində olduğu bildirilir.

Şəkildə dəniz raketinin buraxılışına hazırlıq da yer alıb.

Hizbullahın rəsmi hərbi media ofisi iyulun 31-də İsrailin işğal altında olan Kariş qaz yatağında yerləşdirilmiş qazma gəmilərinin görüntülərini nümayiş etdirdiyi video, Seyid Həsən Nəsrullahın keçən həftəki çıxışından: "Hədəfimizdəsiniz. Uzatmaq faydasızdır" mesajı ilə başlayıb.

Bu hadisə sionist rejim ilə Livan arasında vasitəçi kimi fəaliyyət göstərən ABŞ Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə müşaviri Amos Hokşteynin bu gün Beyruta səfərindən bir neçə saat əvvəl baş verib.

Xəbəri paylaş

VİDEOLAR