Livan Hizbullah Hərəkatı 1948-ci ildə Fələstinin işğal olunmuş bölgəsində Əl-Hədirə şəhərində həyata keçirilən müqavimət əməliyyatı ilə bağlı yazılı açıqlama yayıb.
Livan Hizbullah Hərəkatı Fələstinin 1948-ci ildə işğal olunmuş bölgəsindəki Əl-Hədirə şəhərində həyata keçirilən əməliyyatı təbrik edib.
Az.rasthaber.com "Tasnim"ə istinadən xəbər verir ki, Hizbullahın yaydığı bəyanatda bildirilib:
"Əl-Hadirə əməliyyatı Fələstin xalqının işğalçı rejimə qarşı çıxmaq iradəsini vurğulayır.
Bu əməliyyat sionist rejimlə münasibətlərini normallaşdıran bəzi ərəb ölkələrinin xain görüşünə ən mənalı cavabdır.
Bu cür görüşlər faydasızdır, çünki əsl qərar Fələstin xalqının qərarıdır.
Fələstin xalqı hər gün bu qatil düşmənlə münasibətlərində sülh və normallaşma olmayacağını və tam azadlıq və qələbəyə qədər mübarizəyə davam edəcəklərini bildirirlər".