“Hizbullahdan heç kim nə döyüşçü, nə də ekspert kimi bu ərazilərə və ya müharibələrin getdiyi heç bir döyüş meydanına yollanmayıb.”
Az.rasthaber.com SalamNews-a istinadən əl-Məyadinə istinadla xəbər verir ki, bunu Hizbullah hərəkatının lideri Həsən Nəsrullah ötən günkü çıxışında deyib.
Cümə günü Hizbullahın baş katibi Həsən Nəsrullah hərəkatın döyüşçüləri və ekspertlərinin Ukraynada Rusiya qüvvələri ilə birlikdə döyüşmək üçün mövcudluğunu qəti şəkildə təkzib edib.
Qeyd edilən iddiaları şayiə və yalan adlandıran Həsən Nəsrullah vurğulayıb ki, Hizbullahdan heç kim nə döyüşçü, nə də ekspert olaraq bu döyüşlərə qatılmayıb.
Hizbullah lideri, "müharibələrin verdiyi dərslərdən ibrət götürməyin vacib olduğunu" bildirib.
Qeyd edək ki, Ukrayna Baş Qərargahı iki gün öncə verdiyi açıqlamada, "rusların Suriya və Hizbullah-dan 1000 könüllü gətirdiyini" iddia edib.