Hizbullah "Yaxın Şərq NATO-su”nun yaradılmasına münasibət bildirib

Hizbullah

“Bölgədə İsrailin əsas icraçı olacağı, əksər ərəb dövlətlərin qatılacağı Yaxın Şərq NATO-sunun yaradılmasının ABŞ tərəfindən elan edilməsi olduqca gülüncdür. Onlar bunu elan edən zaman biyabırçılığını göstərmiş olublar.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Hizbullah hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasim deyib.

Bu gün Livanda keçirilən konfransda çıxışı zamanı “Yaxın Şərqdə NATO-ya bənzər alyansın yaradılması” fikirlərinə münasibət bildirən Şeyx Nəim Qasim bunun olduqca gülünc olduğunu deyib.

"İsrailin bölgəmizdə mövcudluğunun davamlılığı daimi müharibələr aparmağa əsaslanır və o, təhdidləri ilə müqavimət xəttində təşviş yarada biləcəyini düşünür, halbuki bu təhdidlər təsirsizdir və biz istənilən siyasi mətnə baxıb onu oxuyub keçdiyimiz kimi bu təhdidlərə də belə baxırıq", deyə Şeyx Nəim Qasim əlavə edib.

Qeyd edək ki, İordaniyanın kralı İkinci Abdullah ABŞ mətbuatına verdiyi son müsahibəsində NATO-ya bənzər bir hərbi alyansın Yaxın Şərqdə də yaradılmasını istəmişdi.

Xəbəri paylaş

VİDEOLAR