Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Livan və Suriyadakı vəziyyəti dəyərləndirib.
Az.rasthaber.com xəbər verir ki, Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Hacı Əsəd Mahmud Sağirin (Hacı Salih) anım mərasimində çıxış edib.
Nəsrullah deyib ki, Hizbullahın qurucu üzvlərindən biri olan Hacı Saleh İsrailin casus şəbəkələrinin dağıdılmasında mühüm rol oynayıb.
Suriya böhranına da toxunan Nəsrullah deyib:
"Suriyaya qarşı başladılan hərtərəfli müharibə məğlub oldu, lakin hələ də bəzi məsələlər olduğu üçün tam qələbədən danışmıram.
Ərəb-İsrail münaqişəsi başlayandan Suriyanın mövqeyini hamımız bilirik.
Suriya həmişə sionist düşmənlə mübarizənin əsas sütunu olub və Müqavimət Oxunun bazasında olub. Genişmiqyaslı müharibəyə baxmayaraq, Dəməşq rəhbərliyi bu mövqeyini davam etdirdi.
Çoxsaylı şərhçilər Suriyanın ərəb dünyasının qucağına qayıdacaq və Müqavimət Oxunu tərk edəcəyini iddia edirlər. Hesab edirəm ki, bu doğru deyil, çünki Suriya müqavimətin ürəyidir.
Vətəndaş müharibəsinin ikinci ilində Dəməşqə sionist düşmənlə mübarizəni dayandırmaq tövsiyə olundu, lakin Suriya liderləri bundan imtina etdilər.".
Nəsrullah Suriyanın ABŞ-ın piyadası olmadığı üçün öz maraqlarından çıxış etdiyini bildirib:
"Suriyanın müqaviməti olmasaydı, barışıq çoxdan baş verərdi, lakin Suriyanın müqavimət hərəkatlarına dəstək verməsi bunu dəyişdi.
Əgər 2006-cı ildə Livan müqavimətinin mübarizəsi uğursuzluğa düçar olsaydı, növbəti addım Suriya ərazilərinin ABŞ və İsrail tərəfindən işğalı olacaqdı, lakin bu plan iflasa uğradı."