Hizbullah Səudiyyənin İsraillə bağlı qərarına münasibət bildirib

Hizbullah Səudiyyənin İsraillə bağlı qərarına münasibət bildirib

Livan Hizbullah Hərəkatının Mərkəzi Şurasının üzvü Şeyx Nəbil Kavuk Səudiyyə Ərəbistanının hava məkanını sionist rejimə açmaq qərarına reaksiya verib.

Az.rasthaber.com xəbər verir ki, Şeyx Nəbil Kavuk bildirib:

"Hər hansı bir tərəf, o cümlədən səudiyyəlilər sionist rejimlə əməkdaşlıq etdikdə onun Suriya, Livan və Fələstində təcavüzünə şərik olur və bu məsələ millətə xəyanət edildiyini sübut etmək üçün kifayətdir".

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl Bin Ferhan, Səudiyyə Ərəbistanında Fars Körfəzi Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri, Misir, İordaniya və İraqın, həmçinin ABŞ prezidenti Co Baydenin iştirakı ilə baş tutan Ciddə Təhlükəsizlik və İnkişaf Sammitindən sonra keçirilən mətbuat konfransında Səudiyyə Ərəbistanının hava məkanını İsrailə açmaq qərarı ilə bağlı belə bildirib:

"Bu o demək deyil ki, İsraillə diplomatik münasibətlər və ya başqa addımlar atılıb".

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Mülki Aviasiya İdarəsi iyulun 15-də ölkənin hava məkanının İsrail də daxil olmaqla bütün mülki uçuşlar üçün açıq olduğunu açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR