Hizbullah Hərəkatı işğal olunmuş Fələstin torpaqlarının şimalındakı “Şəbaa” fermalarında və digər ərazilərdə sionist rejimin mövqelərini bombalayıb.
Az.rasthaber.com xəbər verir ki, Livanın xəbər kanallarının məlumatına görə, Hizbullah sionist rejimin Qəzza xalqına qarşı törətdiyi qətllərə cavab olaraq işğal olunmuş Fələstin və Livan sərhədindəki Şatula hərbi bölgələrində sionist rejim əsgərlərini hədəf aldığını elan edib.
Hizbullah çoxlu raketlərlə Şebaa fermalarını və İsbiul Cəlil bölgəsini də hədəfə alıb.
Bu hücumlardan sonra sionist rejimin raketdən müdafiə sistemi Livanın cənubundan gələn müqavimətin atdığı raketləri dayandırmaq üçün atəş açıb.
Sionist rejimin "Kanal 12" telekanalı Hizbullahın çoxlu raketlərinin "İdmiyyət" bölgəsinə düşdüyünü bildirib.
İşğal altındakı Qolanın şimalında yerləşən İsbiul Celil bölgəsində Beyt Helil və ətraflarında da həyəcan təbili çalılıb.
Əl-Aləm xəbər agentliyinin müxbiri cümə günü bildirib ki, sionist rejimin döyüş təyyarələri Livanın cənubunun müxtəlif bölgələrini hədəfə alıb, bu rejimin artilleriya bölmələri Livanın bəzi bölgələrini bombalayıb və Livan müqaviməti sionist rejimin hücumlarına cavab olaraq bir çox sionist hərbi mövqelərə raket zərbələri endirib.