Hizbullah: İsrailin dinc sakinlərə qarşı törətdiyi qətliam cavabsız qalmayacaq!

Hizbullah: İsrailin dinc sakinlərə qarşı törətdiyi qətliam cavabsız qalmayacaq!

Livan Hizbullahının baş katibinin müavini Nəim Qasim bildirib ki, işğalçı İsrail rejiminin dinc sakinləri qətliam etməsi cavabsız qalmayacaq!

Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullahının baş katibinin müavini Nəim Qasim qaniçən İsrail rejiminin Qəzza Zolağında körpə, qadın və yaşlılara qarşı tarixdə misli görünməmiş cinayətlərinə işarə ilə bildirib ki, Benyamin Netanyahu və digər sionist rəsmilərin bu qətliamı cavabsız qalmayacaq. Nəim Qasim Hizbullah Müqavimət Hərəkatının sionist rejimlə müharibənin tam mərkəzində olduğunu qeyd edib.

Nəim Qasim deyib:

"Əgər işğalçı İsrailin müdaxiləsi dərinləşərsə, o zaman biz də onlara qarşı mübarizəni genişləndirəcəyik...

Qəzzəyə qurudan hücum baş versə bura sionistlərin qəbristanlığına çevriləcək. Onların məğlubiyyətdən başqa çarəsi olmayacaq!"

Xəbəri paylaş

VİDEOLAR