Hizbullah: Quranın yandırılması bütün müsəlmanlara qarşı böyük təhqirdir

Hizbullah: Quranın yandırılması bütün müsəlmanlara qarşı böyük təhqirdir

Livan Hizbullah Hərəkatı İsveçdə ifrat sağçı Sərt İstiqamət Partiyasının lideri Rasmus Paludan tərəfindən Qurani-Kərimin yandırılmasını pisləyib.

Az.rasthaber.comb xəbər verir ki, Ərəb KİV-lərinin məlumatına görə, Hizbullahdan verilən yazılı açıqlamada bildirilib:

"Quranın yandırılması İslam dininə və onun müqəddəs simvollarına qarşı iyrənc bir cinayətdir".

Açıqlamada, İsveçdəki hərəkətin Həzrət Məhəmmədə (s) qarşı hörmətsizliyin dini hakimiyyətlərə, islami dəyərlərə və simvollara qarşı təhqirlərin davam etməsi ilə bağlı olduğu vurğulanıb.

Belə vəhşi hadisələrin bir daha təkrarlanmaması üçün İsveç hökumətini Quranı yandıranların cəzalandırılmasını və onlara ən ağır cəzanın verilməsini tələb edən Hizbullahın bəyanatında belə qeyd edilib:

"Bu hərəkət bütün dünya müsəlmanlarına qarşı böyük təhqirdir və biz buna səssiz qalmamalıyıq".

Yazılı bəyanatın sonunda Hizbullah bütün İslam dövlətləri, islami qurumlar, səlahiyyətlilər və qruplar tərəfindən ən böyük qınama kampaniyasına start verməyə çağırıb.

Xəbəri paylaş

VİDEOLAR