Hizbullah Livan ərazisinə hücum etməyə hazırlaşan İsrail əsgərlərini hədəfə alıb

Hizbullah Livan ərazisinə hücum etməyə hazırlaşan İsrail əsgərlərini hədəfə alıb

Hizbullah bildirib ki, sionist İsrail hərbi məntəqəsi yaxınlığından Livan ərazisinə hücum etməyə hazırlaşan sionist əsgərləri raketlə hədəfə alıb.

Az.rasthaber.org xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Livan Hizbullah Hərəkatı ölkənin cənubunda sərhəd bölgəsində davam edən müqavimət əməliyyatları ilə bağlı açıqlama verib.

Bəyanatda sionist İsrailə məxsus “Zirit” hərbi məntəqəsi ətrafında Livan ərazisinə hücuma hazırlaşan düşmən əsgərlərinin raketlə hədəfə alındığı bildirilib.

Əməliyyatda hədəfin tam dəqiqliklə vurulduğu, İsrail tərəfində ölən və yaralananların olduğu bildirilib.

Oktyabrın 8-dən Livan sərhədində Hizbullah və işğalçı qüvvələr arasında qarşılıqlı hücumlar baş verir.

Xəbəri paylaş

VİDEOLAR