“Kariş yatağı istiqamətində göndərilən PUA-lar ilk xəbərdarlıq idi. Əgər Livan bu yatağın qazından məhrum edilsə müharibə başlayacaq.”
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Hizbullah hərəkatının lideri Həsən Nəsrullah ötən günkü çıxışında deyib.
Həsən Nəsrullah İsraillə münaqişəli qaz yatağında birtərəfli şəkildə qazıntıların aparılması ilə bağlı Livan hökumətinə xəbərdarlıq edib və yaxın iki ay ərzində bu yataqda olan Livanın payının məlum edilməsini istəyib.
O, Livan hökumətini sözügedən məsələdə vasitəçi olan ABŞ-ın vədlərinə inanmamağa çağırıb.
Həsən Nəsrullah həmçinin bildirib ki, Livan bu yatağın qazından məhrum edilsə müharibə olacaq.
Hizbullah lideri həmçinin İsrailin Livanın cənubuna və Beyruta girməklə bağlı sözlərinə münasibət bildirib.
O deyib ki, “İsrail mühasirədə zəif vəziyyətdə qalan HƏMAS və digər fələstinli hərəkatların olduğu Qəzzaya girə bilmir, Livanın cənubuna necə cürət edib, girəcək.?!”