Hizbullah liderindən Qəzza hadisələri İLK AÇIQLAMA

Hizbullah liderindən Qəzza hadisələri İLK AÇIQLAMA

HƏMAS Siyasi Bürosunun sədr müavini Salih Əl Aruri və İslami Cihad lideri Ziyad En-Nehale ilə görüşən Hizbullah lideri Həsən Nəsrullah müharibə başlayandan bəri ilk dəfə ictimaiyyətə açıqlama verib.

Az.rasthaber.com xəbər verir ki, Nəsrullah təşkilat bölmələrinə məktub göndərərək, oktyabrın 7-dən etibarən həlak olanlara “Qüds yolunda şəhid olanlar” adının verilməli olduğunu bildirib.

Görüşdən sonra Hizbullah "Qəzza və Fələstində müqavimət üçün real qələbəyə nail olmaq, Qəzza və İordan çayının qərb sahilində təcavüzü dayandırmaq" yollarının müzakirə edildiyini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR