Sionist İsrail Livanın cənubuna hava zərbəsi endirib.
Az.rasthaber.com xəbər verir ki, hücumda Hizbullahın yüksək səviyyəli komandirlərindən Həsən Hüseyn Selaminin şəhid olduğu açıqlanıb. Bildirilib ki, Salami Hizbullahın tərkibindəki Nasir İttifaqına və İsrailə qarşı tank əleyhinə raketlərin buraxılmasına cavabdehdir.
Təhlükəsizlik mənbələri qeyd edib ki, Salami Hizbullahın hərbi qanadında briqada komandiri rütbəsinə malikdir.
Hizbullah Səlaminin şəhadət xəbərini təsdiqləyib.