“Müqavimət bütün səviyyələrdə İsrail rejiminin Kariş yatağından qaz və neft çıxarmasının qarşısını almağa qadirdir"
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Livanın “Hizbullah” müqavimət hərəkatının baş katibi Seyid Həsən Nəsrullah İsrailin Aralıq dənizində Livanın dəniz suverenliyinə zidd olaraq qaz platforması quraşdırıb yerləşdirməsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, sionist rejim Kariş qaz platformasını qurmaqla ondan qaz kəşfiyyatı və hasilatı üçün istifadə etməyi planlaşdırır.
"İsrailin mübahisəli dəniz zonasına göndərdiyi Yunanıstan gəmisi qaz çıxarmaq üçün gəlib. Son günlər baş verənlər Livana qarşı təcavüzkar və təxribat xarakterli hərəkətlərdir. Bu gün biz çox mühüm və milli sual qarşısındayıq ki, İsrailin bu təcavüzünə necə cavab verək. Bizim ərazi sularımızdakı dəniz sərvəti Livanı iqtisadi çöküşdən xilas etmək üçün qalan yeganə ümiddir”, - deyə Seyid Həsən Nəsrullah bildirib.