Bildirilib ki, Livan Hizbullah Hərəkatı Borkan raketi ilə sionist İsrailin əl-Bağdadi hərbi bazasını hədəf alıb.
Az.rasthaber.com xəbər verir ki, Livanda yerləşən Əl Mayadeen telekanalı Hizbullah Hərəkatının Burkan raketi ilə sionist İsrailin əl-Bağdadi hərbi bazasını hədəf aldığını bildirib.
Hizbullah İnformasiya Mərkəzinin bu gün verdiyi bəyanatda bildirilib:
"İslami Müqavimət Mücahidləri Qəzza zolağında qərarlı Fələstin xalqına və onların cəsur və şərəfli müqavimətinə dəstək olmaq üçün bu səhər düşmənin Əl-Bağdadidəki hərbi bazasını Burkan raketləri ilə vurdular".
Oktyabrın 8-dən Livan sərhədində Hizbullah və işğalçı qüvvələr arasında qarşılıqlı hücumlar baş verir.