Hizbullah İsrailin iki hərbi bazasını hədəfə alıb

Hizbullah İsrailin iki hərbi bazasını hədəfə alıb

Livan Hizbullah Hərəkatı işğal altındakı Kəfr Şuba təpələrində işğalçı sionistlərə məxsus iki hərbi bazanı raketlərlə hədəfə alıb.

Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullah Hərəkatı verdiyi açıqlamada müqavimət döyüşçülərinin Livanın Kefr Şuba dağlıq bölgələrindəki Səmaka kimi tanınan işğalçıların hərbi bazasını raket hücumu ilə hədəf aldığını və sözügedən raketlərin təyin olunmuş hədəfləri dəqiqliklə vurduğunu açıqlayıb.

Hizbullahın verdiyi bəyanatda bu ifadələr yer alıb: “Qırıcılarımız sionist rejimin işğal altında olan Kəfr Şuba təpələrindəki əl-Rəmasa hərbi bazasını raket hücumları ilə hədəfə aldılar və bu hücumlarda raketlər təyin olunmuş hədəfləri dəqiqliklə vurdu”.

Bu hücumlardan sonra sionist rejim təyyarələri Livanın cənubundakı Əl-Həyam qəsəbəsini bombalayıb.

İşğalçı rejimin təyyarələri cənubda müxtəlif əraziləri, o cümlədən Mis əl-Cəbəl şəhərinin qərb hissələrini dəfələrlə bombalayıb.

Xəbəri paylaş

VİDEOLAR