Livan Hizbullah Hərəkatının İcraiyyə Şurasının sədri Seyid Haşim Səfiyuddin sionist İsrailin Livanın cənubuna hücumlarına reaksiya verib.
Az.rasthaber.com xəbər verir ki, Seyid Haşim Səfiyuddin şəhidlərin anım mərasimindəki çıxışında işğalçı İsrailin hücumlarında aralarında uşaqların da olduğu mülki şəxslərin həyatını itirdiyini bildirib.
Bu hücumun cavabsız qalmasının mümkün olmadığını bildirən Safiyuddin, “Mütləq reaksiya olacaq və bu reaksiya lazımi və uyğun səviyyədə olacaq” dedi.
Sionist İsrail ordusu dünən Cənubi Livana qarşı genişmiqyaslı hava hücumu həyata keçirib.
İşğalçı qüvvələrin döyüş təyyarələri Livanın cənubundakı Adşit, Əl-Şəhabiya, Əl-Svane, Cebşit və Nəbati bölgələrini bombalayıb, bu hücumlarda 4 nəfər şəhid olub, 11 nəfər yaralanıb.