Hizbullah İsrailin həssas obyektlərindən çəkilişdən sonra xəbərdarlıq edib

Hizbullah İsrailin həssas obyektlərindən çəkilişdən sonra xəbərdarlıq edib

Hizbullah hərəkatı Aralıq dənizində İsraillə Livan arasında münaqişəli qaz yatağı barədə xəbərdarlıq edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Hizbullah hərəkatı ötən gün Livanla İsrail arasında münaqişəli qaz yatağında işlərin aparılması ilə bağlı qarşı tərəfə xəbərdarlığı əks etdirən video yayımlayıb.

Videoda İsrailin, Kariş qaz yatağı ətrafında və Aralıq dənizində olan digər gəmi və yataqların nəzarətdə olmasını əks etdirən görüntülər yayımlanıb və sonda hərəkatın malik olduğu hədəfləri dəqiq vura bilən bir neçə raket nümayiş olunub.

Bu videoda həmçinin bildirilib ki, hərəkat “Kariş”lə bağlı danışıqlarda gecikmələrə yol verilməsinə səbr etməycək.

Qeyd edək ki, Livanla İsrailin arasında sözügedən məsələ ilə bağlı vasitəçi olan ABŞ nümayəndəsi yaxın zamanlarda Beyruta gedəcək.

Xəbəri paylaş

VİDEOLAR