Hizbullah İsrailin hərbi mövqelərini vurdu

Hizbullah İsrailin hərbi mövqelərini vurdu

Livanın Hizbullah Hərəkatı çərşənbə günü dərc etdiyi bəyanatda sionist düşmənin komandanlıq mərkəzlərinə qarşı iki strateji hücum həyata keçirdiyini elan edib.

Az.rasthaber.com xəbər verir ki, Hizbullahın bəyanatında İslami Müqavimət qüvvələrinin Fələstin xalqına dəstək məqsədilə çərşənbə axşamı gecə saat 23:30-da Metula hərbi mövqeyinə daxil olarkən müvafiq silahlarla hədəf alındığı və düşmən əsgərlərinin ağır itki verdiyi açıqlanıb.

Hizbullah hərəkatının dərc etdiyi digər bəyanatda isə çərşənbə günü səhər saat 07.30-da sionist rejim ordusunun 91-ci briqadasının komanda mərkəzinin Burkan raketləri ilə hədəfə alındığı elan edilib. Bu hücumda raketlərin hədəfləri uğurla vurduğu bildirilib.

Xəbəri paylaş

VİDEOLAR