Livan Hizbullah Hərəkatı oktyabrın 8-dən sionist İsrailə qarşı 1013 əməliyyat keçirib.
Az.rasthaber.com xəbər verir ki, oktyabrın 8-dən Hizbullah ilə işğalçı sionist İsrail ordusu arasında qarşıdurmalar davam edir.
Ərəb mediasının məlumatına görə, Hizbullah Hərəkatı ölkənin cənubunda işğalçı İsrail qüvvələrinə qarşı keçirdiyi müqavimət əməliyyatları ilə bağlı açıqlama verib.
Bəyanatda oktyabrın 8-dən fevralın 11-dək sionist İsrailin hərbi məntəqələrinə qarşı 1013 əməliyyat keçirildiyi bildirilib.
Livan müqaviməti bu hərəkətlərin düşmən İsrailin Qəzzaya hücumlarına cavab olaraq həyata keçirildiyini bildirib.
Bundan əvvəl Hizbullah Hərəkatı baş katibinin müavini Naim Kasım bəyan etmişdi ki, İsrail və Livan arasında münaqişələrin dayandırılması üçün ilk növbədə Qəzzada müharibə dayandırılmalıdır.