Livanın Hizbullah Hərəkatı Livanın cənub sərhəddində sionist İsrail ordusuna məxsus bazaya dəfələrlə raket hücumları həyata keçirdiyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, Hizbullah açıqlamasında Livanın cənub sərhədində işğalçı İsrail ordusuna məxsus bazaya Katyuşa raketləri ilə hücum etdiyini bildirib.
Açıqlamada, İsrailin Hırbet Maar Hərbi Bazasının hədəfə alınmasından təxminən bir saat yarım sonra düşmən əsgərlərinin bazaya toplaşdığı bir vaxtda yeni hücuma keçildiyi və bazanın yenidən onlarla Katyuşa raketi ilə hədəfə alındığı qeyd edilib.
Açıqlamada hücumların Fələstin xalqına dəstək və Qəzzada müqavimət kontekstində həyata keçirildiyi bildirilib.
Hizbullah bundan əvvəl İran istehsalı olan “Falaq” və “Katyuşa” raketləri ilə İsrail sərhədindəki yaşayış məntəqələrinə hücum etdiyini açıqlamışdı.