Hizbullah İsrailə xəbərdarlıq etdi

Hizbullah İsrailə xəbərdarlıq etdi

Livanın ictimai təhlükəsizlik üzrə baş direktoru amerikalı vasitəçi Amos Hoksteynə Livan və sionist rejim arasında sərhəd danışıqları ilə bağlı xəbərdarlıq edib.

Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullahı İsrailə, Livanla sionist rejim arasında mübahisəli sulara girən İsrail gəmilərinin bölgədən qaz çıxaracağı halda, Hizbullahın gəmini hədəf alacağı ilə bağlı xəbərdarlıq edib.

Livan mediasının məlumatına görə, bu mesajı aldıqdan sonra İsrail qüvvələrinin hazırlıq səviyyəsi artıb və Hokstein Hizbullahın mesajını onlara çatdırıb.

Son günlərdə sionist rejimə məxsus qaz çıxaran gəmi Kariş qaz yatağında, rejimlə Livan arasında mübahisəli dəniz zonasına daxil olub.

Qeyd edək ki, İsrailin Livanla 33 günlük müharibəsinin bitməsindən sonra 2006-cı ildə qəbul edilən BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi İsraili Livana qarşı düşmənçilik hərəkətlərinə qarşı xəbərdar edir, lakin rejim Livanın quru, dəniz və hava məkanını davamlı şəkildə pozmağa cəhd etməkdə davam edir.

Xəbəri paylaş

VİDEOLAR