Hizbullah İsrail tankını raketlə vurdu

Hizbullah İsrail tankını raketlə vurdu

Livanın Hizbullah Hərəkatı İsrailin Kiryat Şmona şəhərinə silsilə raket hücumları edildiyini və Labbuna təpələrində hərəkət edən İsrail tankının idarə olunan raketlə vurulduğunu açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrailin Livana hücumları davam edərkən Hizbullah sosial media platforması Telegram-da verdiyi açıqlamada İsrailin Kiryat Şmona şəhərinə silsilə raket hücumlarının həyata keçirildiyini açıqlayıb.

Hücumu təsdiqləyən İsrail mətbuatı ən azı 10 raketin atıldığını açıqlayarkən, şəhərdəki partlayış və yanğının görüntüləri sosial mediada paylaşılıb.

Hizbullah həmçinin Livanın Nakura bölgəsi yaxınlığındakı Labbunah təpələrində hərəkət edən İsrail tankının idarə olunan raketlə vurulduğunu açıqlayıb.

Hücumdan sonra alov alan tank kilometrlərlə uzaqdan həvəskar kameralara əks olunsa da, Hizbullahın son cavab hərəkətləri ilə bağlı İsraildən rəsmi açıqlama verilməyib.

Xəbəri paylaş

VİDEOLAR