Hizbullah: İsrail rejimi ancaq “güc dilini” başa düşür

Hizbullah: İsrail rejimi ancaq “güc dilini” başa düşür

Livanın Hizbullah Hərəkatı İcraiyyə Şurasının sədr müavini Şeyx Əli Damus deyib: Sionist İsrail rejimi ancaq “güc dilini” başa düşür.

Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullah Hərəkatı İcraiyyə Şurasının sədr müavini Şeyx Əli Damus dünən cümə xütbəsində danışıb.

Livan-İsrail dəniz sərhədi məsələsində mümkün razılaşmanın əldə edilib-edilməyəcəyi ilə bağlı isə danışan Damus bildirib:

"Livanın hüquqlarının ancaq danışıqlar yolu ilə əldə edilə biləcəyini düşünənlər yanılır".

Damus sözlərini belə davam etdirib:

"Düşmən (İsrail) diplomatiya dilini deyil, yalnız güc dilini başa düşür və bütün keçmiş təcrübələr bunu sübut edir.

Biz öz gücümüzə inanırıq və bütün imkanlara hazırıq. Biz Livanın hüquqlarını qorumaq üçün susmağa razı deyilik.

Bugünkü müqavimət hər zamankından daha güclüdür".

Hizbullah rəsmisi deyib: "Livanın müqavimətə arxalanmaqla bağlı ortaq mövqeyi sionistlər arasında görünməmiş çaşqınlıq yaradıb və onları hədələyici dilə əl atmağa məcbur edib".

İsrailin təhdidlərinin müqavimətin iradəsinə kölgə sala bilməyəcəyinə diqqət çəkən Damus, "İsrailin Livana qarşı təhdidlərinin heç bir dəyəri yoxdur və düşmən Livan xalqını qorxutmaq və geri addım atmağa məcbur etmək üçün psixoloji müharibədən istifadə etməyə çalışır", - deyə bildirib.

Xəbəri paylaş

VİDEOLAR